Menyu

Qəzza zolağında ölənlərin sayı 436-ya çatıb

Nərmin Qocamanlı
Qəzza zolağında ölənlərin sayı 436-ya çatıb

İsrailin Qəzza zolağına endirdiyi cavab zərbələri nəticəsində 91-i uşaq olmaqla 436 nəfər ölüb.

"Operativ Media" xəbər verir ki,  bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 244 uşaq və 151 qadın daxil olmaqla, 2271 nəfər yaralanıb.

Qeyd edək ki, oktyabrın 7-si səhər İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. İsrail ordusunun mətbuat xidməti 3 mindən çox raket atıldığını bildirib. Bundan əlavə, HƏMAS döyüşçüləri kütləvi raket hücumlarından sonra İsrailin cənubundakı sərhəd bölgələrinə nüfuz ediblər.
Fələstinin HƏMAS hərəkatının hərbi qanadı İsrailə qarşı Əl-Əqsa tufanı əməliyyatını elan edib. İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı Dəmir Qılınclar əməliyyatına başladığını elan edib. İsrailin Baş naziri Benyamin Netanyahu xalqa müraciətində ölkənin müharibə vəziyyətində olduğunu bildirib və ehtiyatların geniş şəkildə səfərbər edilməsi əmrini verdiyini bildirib. 

Teqlər:

"Q\u0259zza zola\u011f\u0131nda \u00f6l\u0259nl\u0259rin say\u0131 436-ya \u00e7at\u0131b"

Əlaqəli Xəbərlər