Menyu

Hamburq hava limanı fəaliyyətini bərpa edib - YENİLƏNİB

Nərmin Qocamanlı
Hamburq hava limanı fəaliyyətini bərpa edib - YENİLƏNİB

Hamburq hava limanı fəaliyyətini bərpa edib.

"Operativ Media" xəbər verir ki, hava limanının mətbuat xidmətindən RİA Novosti-yə verilən məlumata görə, polis Tehrandan gələn təyyarə üçün təhlükə barədə məlumatı yoxladıqdan sonra Hamburq hava limanı normal fəaliyyətə başlayıb.

16:00

Hamburq hava limanı Tehrandan uçuşa qarşı terror hücumu təhlükəsi səbəbindən bağlanıb

"Operativ Media" nın xəbərinə görə, DPA agentliyi hava limanının mətbuat xidmətinə və polisə istinadən xəbər verir ki, Tehrandan qalxan və Hamburqa enən təyyarə ilə bağlı terror hücumu təhlükəsi xəbərdarlığından sonra Almaniya polisi hava limanını bağlayıb, təyyarəni və gələn sərnişinləri yoxlayır.

Terror aktı təhlükəsi e-poçt vasitəsilə polisə çatıb və bu gün yerli vaxtla saat 12.20-də Hamburq hava limanına enən Tehrandan uçan təyyarəyə ünvanlanıb. 20 dəqiqədən sonra hava limanının üzərindəki hava məkanı bağlanıb və müstəntiqlər hazırda uçuşu, baqajı və 198 sərnişini yoxlayırlar.

Teqlər:

"Hamburq hava liman\u0131 f\u0259aliyy\u0259tini b\u0259rpa edib - YEN\u0130L\u018fN\u0130B"

Əlaqəli Xəbərlər