Aİ Fələstinə əlavə yardım məsələsini müzakirə edir
Nərmin Qocamanlı
"Avropa İttifaqı Fələstin-İsrail münaqişəsində son hadisələrin fələstinlilərə gələcək yardıma təsirini müzakirə edir".
"Operativ Media" xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Ana Pisonero Brüsseldə keçirdiyi brifinqdə bildirib.
"İndi son faciəli hadisələrin Fələstindəki hazırkı və gələcək yardım və inkişaf layihələrimizə necə təsir edə biləcəyi ilə bağlı müzakirələr gedir", - o, qeyd edib.