Menyu

Livanın baş naziri: İsraillə sərhəddə qarşıdurmadan qaçmaq vacibdir

Livanın baş naziri: İsraillə sərhəddə qarşıdurmadan qaçmaq vacibdir
1 dəq oxu

"Livan hökumətinin prioriteti Livanın cənubunda təhlükəsizliyi qorumaqdır". 

"Operativ Media" "Naharnet" xəbər portalına istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nəcib Mikati İsraillə sərhəddə vəziyyətin pisləşməsinə münasibət bildirərkən deyib.

"Livan sərhəddə qarşıdurmadan qaçmağa çalışır, buna görə də biz gərginliyin artmasının qarşısını almağa çalışırıq. Qardaş ərəb dövlətlərinin bu məsələdə dəstəyi Beyrut üçün vacibdir", - baş nazir qeyd edib.

Əlaqəli Xəbərlər