Menyu

Ərdoğan İsrail prezidenti ilə telefonla danışıb

Ərdoğan İsrail prezidenti ilə telefonla danışıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İsrail Prezidenti İshak Hersoq arasında telefon danışığı olub.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar Şöbəsi sosial media hesabında açıqlama verib.

Görüşdə İsrail və Fələstində baş verən hadisələr və bölgədəki gərginliklə bağlı son hadisələr müzakirə edilib.

Ərdoğan bütün regionun rifahı üçün sağlam düşüncə ilə hərəkət etmənin və bölgədə ən qısa zamanda əmin-amanlığın bərqərar olmasının vacibliyini bildirib.

Prezident Ərdoğan görüş zamanı bildirib ki, Türkiyənin bölgədəki narahatlıq doğuran münaqişələrə son qoyulması və daimi sülhün təmin edilməsi istiqamətində səyləri getdikcə daha da artacaq.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər