Menyu

ABŞ Yaxın Şərqdə mövcud vəziyyətdən sui-istifadə etmək cəhdlərinə qarşı xəbərdarlıq edib

ABŞ Yaxın Şərqdə mövcud vəziyyətdən sui-istifadə etmək cəhdlərinə qarşı xəbərdarlıq edib

"ABŞ və onun Yaxın Şərqdəki tərəfdaşları bütün mümkün tərəfləri İsrail ətrafındakı vəziyyətdən istifadə etmək cəhdlərinə qarşı xəbərdar edir". 

"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan sosial şəbəkədəki səhifəsində yazıb.

"Həftə sonu və bu səhər mən israilli milli təhlükəsizlik üzrə həmkarlarımla danışdım. ABŞ prezidentinin İsrailə qeyd-şərtsiz dəstəyini bir daha təsdiqlədim və növbəti addımları müzakirə etdim", - Sullivan yazıb.

"Biz regiondakı tərəfdaşlarımızla bu vəziyyətdən istifadə etməyə cəhd edə biləcək hər kəsin qarşısını almaq üçün işləyirik. Birləşmiş Ştatlar itkin düşmüş ABŞ vətəndaşlarının harada olduğunu müəyyən etmək üçün mümkün olan hər şeyi edir", - o qeyd edib. 


 

Teqlər:

"AB\u015e Yax\u0131n \u015e\u0259rqd\u0259 m\u00f6vcud v\u0259ziyy\u0259td\u0259n sui-istifad\u0259 etm\u0259k c\u0259hdl\u0259rin\u0259 qar\u015f\u0131 x\u0259b\u0259rdarl\u0131q edib"

Əlaqəli Xəbərlər