Rumıniya daha 596 vətəndaşını İsraildən təxliyə edib
Nərmin Qocamanlı
Rumıniya daha 596 vətəndaşını İsraildən təxliyə edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl Rumıniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti 800-dən çox Rumıniya vətəndaşının İsraildən təxliyə edildiyini bildirmişdi.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail Qəzza zolağından görünməmiş raket hücumuna məruz qalıb. Bundan əlavə, HƏMAS döyüşçüləri kütləvi raket hücumlarından sonra İsrailin cənubundakı sərhəd bölgələrinə nüfuz ediblər.
Nərmin Qocamanova
Teqlər:
"Rum\u0131niya daha 596 v\u0259t\u0259nda\u015f\u0131n\u0131 \u0130sraild\u0259n t\u0259xliy\u0259 edib"