HƏMAS-ın hücumu nəticəsində 41 İsrail polisi həlak olub

Nərmin Qocamanlı
HƏMAS-ın hücumu nəticəsində 41 İsrail polisi həlak olub

HƏMAS-ın hücumu nəticəsində öldürülən İsrail polisinin sayı 41-ə çatıb.

"Operativ Media" xəbər verir ki, bu barədə Haaretz qəzeti polisin yeni məlumatlarına istinadən xəbər verir.

Qəzatın məlumatında bildirilib ki, Iİsrail polisi HƏMAS-la müharibə zamanı daha dörd polis zabitinin öldüyünü elan edib.

Bununla da həlak olan İsrail polisinin sayı 41-ə çatıb.

Qeyd edək ki, oktyabrın 7-də səhər saatlarında İsrail Qəzza zolağından raket hücumuna məruz qalıb. Bundan əlavə, HƏMAS döyüşçüləri kütləvi raket hücumlarından sonra İsrailin cənubundakı sərhəd bölgələrinə nüfuz ediblər.

Fələstinin HƏMAS hərəkatının hərbi qanadı İsrailə qarşı Əl-Əqsa Tufanı əməliyyatı elan edib. İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS-a qarşı Dəmir Qılınclar əməliyyatına başladığını elan edib. İsrailin baş naziri Benyamin Netanyahu xalqa müraciətində ölkənin müharibə vəziyyətində olduğunu bildirib və ehtiyatların geniş şəkildə səfərbər edilməsi əmrini verdiyini bildirib. 

Onu da qeyd edək ki, son məlumatlara görə, İsrail-Fələstin münaqişəsinin gərginləşməsi nəticəsində ölən İsrail vətəndaşlarının sayı 900-ə çatıb, İsrail ordusunun 123 hərbi qulluqcusu həlak olub.

 

Nərmin Qocamanova

Digər xəbərlər