Menyu

İsrailli cütlük əkizlərini terrorçulardan xilas edərkən həlak oldu

İsrailli cütlük əkizlərini terrorçulardan xilas edərkən həlak oldu

İsrail vətəndaşları Adar və İtay Berdiçevski adlı ər-arvad HƏMAS terrorçularının hücumu zamanı özlərinin on aylıq əkizlərini xilas edə bilsələr də, özləri həlak olublar.

"Operativ Media" xəbər verir ki, bu barədə İsrail mediası məlumat yayıb.

Bildirilib ki, ər-arvad İsrail ordusunun zabiti olub və evlərində silah olub.

Qeyd olunub ki, HƏMAS terrorçuları evə yaxınlaşdıqda Adar və İtay əkizlərini mühafizə olunan otaqda gizlədərək, özləri döyüşçülərlə atışmağa başlayıb və 7 döyüşçünü öldürüb, lakin daha sonra digər terrorçular tərəfindən qətlə yetiriliblər.

 

Bir müddət sonra ailənin qohumları uşaqları tapıb. Körpələr hazırda təhlükəsizlikdədir.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Teqlər:

"\u0130srailli c\u00fctl\u00fck \u0259kizl\u0259rini terror\u00e7ulardan xilas ed\u0259rk\u0259n h\u0259lak oldu"

Əlaqəli Xəbərlər