Yunanıstanın xarici işlər naziri Yaxın Şərqdə nizamlanma planı təklif edib
Yunanıstanın xarici işlər naziri Giorgos Gerapetritis Yaxın Şərqdəki vəziyyətin nizamlanması üçün BMT, Avropa İttifaqı, Ərəb Dövlətləri Liqası, İsrail və Fələstinin iştirakı ilə xüsusi sammitin çağırılması da daxil olmaqla beş bənddən ibarət plan təklif edib.
"Operativ Media" xəbər verir ki, Gerapetritis bunu Maskatda Aİ və Körfəz Ərəb Dövlətləri üzrə Əməkdaşlıq Şurasının iclasında çıxışı zamanı deyib.
"Aydındır ki, biz milliyyətindən, dinindən, irqindən və ya hər hansı digər meyardan asılı olmayaraq terror və zorakılığın bütün formalarını pisləyirik. Və biz böhranın yayılmasının qarşısını alaraq regionda sülhün və sabitliyin təmin edilməsinə diqqət etməliyik. Səylərimizi birləşdirib əməkdaşlıq etməliyik", - məlumatda qeyd edilib.
Bununla bağlı XİN rəhbəri beş bəndlik plan da təklif edib: "Birincisi, zorakılığın, terrorizmin və qeyri-insani rəftarın yekdilliklə pislənməsi. İkincisi, bütün girovların və oğurlanmış şəxslərin dərhal azad edilməsi. Üçüncüsü, mülki əhaliyə qarşı hər hansı təcavüzkar hərəkətlərə yol verilməməlidir. Dördüncüsü, humanitar yardım və humanitar dəhlizlərin təmin edilməsi. Beşincisi, Birləşmiş Millətlər Təşkilatı, Avropa İttifaqı, Ərəb Dövlətləri Liqası, İsrail və Fələstin tərəflərinin Yaxın Şərqdəki vəziyyətlə bağlı xüsusi sammitin keçirilməsi".
Teqlər:
"Yunan\u0131stan\u0131n xarici i\u015fl\u0259r naziri Yax\u0131n \u015e\u0259rqd\u0259 nizamlanma plan\u0131 t\u0259klif edib"