Menyu

KİV: Almaniya İsraildən təxliyə uçuşları təşkil edə bilər

KİV: Almaniya İsraildən təxliyə uçuşları təşkil edə bilər

Almaniya hökuməti İsraildən təxliyə uçuşları təşkil etməyi düşünür. 

"Operativ Media" xəbər verir ki, "n-tv" kanalının verdiyi məlumata görə, Almaniya Xarici İşlər Nazirliyinin böhran qərargahı bu məsələ ilə bağlı aviaşirkətlərlə intensiv əlaqə saxlayır.

Xüsusilə, Almaniya hakimiyyəti əvvəllər Tel-Əvivə müntəzəm reysləri ləğv edən Lufthansa aviadaşıyıcısı, eləcə də Condor Hava Yolları ilə əlaqədədir.

"Bild" qəzeti daha əvvəl yazıb ki, hazırda İsraildə 5 minə yaxın Almaniya vətəndaşı otellərdə və ya dostlarının yanında məskunlaşıb. Rəsmi olaraq İsraildəki almanların sayı məlum deyil. Alman Xristian Sosial Birlik Partiyası hökuməti Hərbi Hava Qüvvələri ilə birlikdə təxliyə uçuşları təşkil etməyə çağırıb.

"ZDF" telekanalının məlumatına görə , radikallar tərəfindən oğurlanan mülki şəxslər arasında beş Almaniya vətəndaşı da var. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər