Menyu

İsraildə milli birlik hökuməti quruldu

İsraildə milli birlik hökuməti quruldu

İsraildə hakim koalisiya və müxalifət nümayəndələri Qəzza zolağı ətrafında davam edən döyüşlər fonunda milli birlik hökumətinin yaradılması barədə razılığa gəliblər.

"Operativ Media" xəbər verir ki, bu barədə İsrail televiziyasının 13-cü kanalı məlumat yayıb.

Onun tərkibinə keçmiş müdafiə naziri Benni Qants, hazırkı Baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yoav Qalantın qatıldığı deyilir.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə ölənlərin sayı 1200-ü keçib, 2500-ə yaxını yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

Teqlər:

"\u0130sraild\u0259 milli birlik h\u00f6kum\u0259ti quruldu"

Əlaqəli Xəbərlər