Pentaqon rəhbəri: ABŞ həm İsrailə, həm də Ukraynaya yardım edəcək
"ABŞ administrasiyası həm İsrailə, həm də Ukraynaya hərbi yardım göstərə bilər və edəcək".
"Operativ Media" xəbər verir ki, bunu ABŞ-nin müdafiə naziri Lloyd Ostin Ukraynaya silah tədarükü ilə bağlı Qərbin yaratdığı təmas qrupunun növbəti iclasının yekunları üzrə Brüsseldə keçirilən mətbuat konfransında bildirib.
Ona İsrailə silah göndərmək səylərinin Ukraynaya hərbi yardımın ötürülməsinə mane ola biləcəyi ilə bağlı sual verilib. Ostin cavabında deyib: "Ukraynaya və İsrailə hərbi yardım göndərmək səylərini dəstəkləməyə davam etmək qabiliyyətimiz baxımından, şübhəsiz ki, hər ikisini edə bilərik və bunu edəcəyik".