Hollandiya Ukraynaya yeni hərbi yardım ayırıb
Hollandiya Ukraynaya pilotsuz uçuş aparatları, minatəmizləmə avadanlıqları və döyüş sursatlarından ibarət yeni silah partiyası göndərib.
"Operativ Media" xəbər verir ki, bu barədə Krallığın müdafiə naziri Kaysa Ollonqren məlumat verib.
"Son çatdırılma ilə göstərilən hərbi yardımın ümumi həcmi 2,1 milyard avroya çatıb", - o qeyd edib.
Silah tədarükü ilə yanaşı, Hollandiya Ukraynaya Beynəlxalq Yardım Fonduna da 100 milyon avro məbləğində töhfə verib. Bu vəsait zirehli maşınlar üçün müxtəlif ehtiyat hissələri və tank avadanlıqları alınmasına sərf olunur.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net