Putin: Nəyin bahasına olursa olsun İsraildəki münaqişə genişlənməməlidir
"Yaxın Şərqdə münaqişəni genişləndirməkdən çəkinmək lazımdır, çünki bunun bütün dünya üçün nəticələri olacaq".
"Operativ Media" xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
"Əlbəttə, nəyin bahasına olursa-olsun, münaqişənin genişlənməsindən qaçmaq lazımdır, çünki bu baş verərsə, bu, təkcə regiona deyil, bütövlükdə beynəlxalq vəziyyətə öz təsirini göstərəcək", - deyə Rusiya prezidenti qeyd edib.
Onun fikrincə, hazırda biz sərt bəyanatlar verməkdən çəkinmək lazımdır: "Nə olursa olsun, münaqişədə iştirak edən insanları incitməyə ehtiyac yoxdur".
"Eyni zamanda nəyin bahasına olursa olsun mülki əhali arasında itkilərin qarşısını almaq lazımdır. Günahsız qadınlar, uşaqlar və qocalar arasında təhdidləri və itkiləri minimuma endirməliyik", - Rusiya lideri bildirib.
Teqlər:
"Putin: N\u0259yin bahas\u0131na olursa olsun \u0130sraild\u0259ki m\u00fcnaqi\u015f\u0259 geni\u015fl\u0259nm\u0259m\u0259lidir\u00a0"