http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Xankəndidə sığınacaq yaradılıb

12 Oktyabr 2023 , 16:34
Xankəndidə sığınacaq yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ölkəmizin Xankəndi şəhərində həssas əhali qruplarından olan şəxslər üçün 30 nəfərlik sığınacaq yaradılıb.

Nazirlikdən "Operativ Media" ya verilən xəbərə görə, bunun üçün Xankəndinin mərkəzində 30 çarpayılıq yataq otaqları, su, elektrik sistemi, mətbəxi, sanitar qovşağı, istirahət otağı və camaşırxanası olan üçmərtəbəli bina ayrılıb. Binada təmizlik və müvafiq təchizat işləri yekunlaşıb və 10 oktyabr 2023-cü il tarixdən sığınacağa sakinlərin qəbuluna başlanıb.

Onlar burada gündə 3 dəfə isti yemək və qəlyanaltı ilə təmin olunurlar. Sığınacağın xarici təhlükəsizliyi polis tərəfindən təmin edilir.

Sığınacaqda çalışmaq üçün 2 psixoloq və 2 sosial işçi cari il sentyabrın 30-dan Xankəndi şəhərinə ezam olunub, orada sakinlərin ilkin ehtiyaclarını və psixo-sosial vəziyyətini qiymətləndiriblər. Qiymətləndirmə aparılan şəxslərin yaşadıqları yerlərə gedilərək, onlara sığınacağın yeri və qida təminatı barədə məlumatlar da verilib.

Artıq 6 nəfər sığınacağa yerləşdirilib, 1 nəfər aidiyyəti üzrə tibbi xidmət göstərilməsi üçün yönləndirilib, ümumilikdə 11 nəfər sığınacağın xidmətlərindən istifadə edib.

Həmin psixoloq və sosial işçilər tərəfindən hazırda sığınacaq sakinlərinə sosial xidmətlər göstərilir. Sığınacaqda çalışmaq üçün həmçinin aşbaz, texniki işçilər və b. da ezam olunub.

Sığınacağa yerləşdirmə könüllü xarakter daşıyır, gecə qalmaq istəməyənlərə də gündə 3 dəfə qida, zəruri geyim və sosial xidmətlərdən yararlanmaq imkanı yaradılıb.

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri də gün ərzində bir neçə dəfə sığınacağı ziyarət edir, şəraitlə tanış olur, ərzaq-qida təminatı, göstərilən sosial xidmətlərlə maraqlanırlar.

OXŞAR XƏBƏRLƏR
“Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib

“Azərenerji”nin prezidentinə şiddətli töhmət verilib

Von der Leyen İranın İsrailə raket hücumunu pisləyib

Von der Leyen İranın İsrailə raket hücumunu pisləyib

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

XƏBƏR LENTİ
  • 12:39

    XİN: Suriya və İraqdan 8 nəfərin repatriasiyası həyata keçirilib
  • 12:12

    Ermənistan XİN: Rusiyada Ceyhun Bayramov ilə Ararat Mirzoyan arasında görüş nəzərdə tutulmayıb
    Ermənistan XİN: Rusiyada Ceyhun Bayramov ilə Ararat Mirzoyan arasında görüş nəzərdə tutulmayıb
  • 12:04

    Kamran Həbibov: Azərbaycan regional ticarət qovşağına çevrilməlidir
  • 12:03

    AZAL COP29 ərəfəsində xüsusi endirimlər təklif edir
  • 12:01

    Türkiyənin Cəza və Həbs Evləri Baş İdarəsinin rəisi Azərbaycanda cəzaçəkmə müəssisələrinə baş çəkib
  • 12:00

    Tərlan Məmmədhüseynov: "Konsert verməyim üçün ABŞ və Kanadadan təklif almışam" - MÜSAHİBƏ
  • 11:59

    Ağdaşda bələdiyyəyə ayrılmış pulu mənimsəməkdə təqsirləndirilənlərin şəxslərin məhkəmıəsi başlayır
  • 11:57

    Türkiyədə 4.5 maqnitudalı zəlzələ olub
Menyu