Menyu

İsrail oktyabrın 7-dən bəri Qəzzada 3,6 mindən çox hədəfə hücum edib

İsrail oktyabrın 7-dən bəri Qəzzada 3,6 mindən çox hədəfə hücum edib

İsrail Müdafiə Qüvvələri oktyabrın 7-dən indiyədək Qəzza zolağında 3600-dən çox hədəfə zərbələr endirdiyini, ümumilikdə 4000 ton ağırlığında 6000 sursatdan istifadə etdiyini bildirib. 

"Operativ Media" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"3,6 mindən çox hədəfə hücum edilib. Hücum edilən hədəflər arasında komanda-idarəetmə obyektləri, strateji hərbi infrastruktur, sursat istehsalı sexləri, kəşfiyyat obyektləri, buraxılış qurğuları var. Hazırda Qəzza zolağına ümumi çəkisi 4 min tona yaxın 6 min bomba atılıb", - hərbçilərin bəyanatında deyilir.

Teqlər:

"\u0130srail oktyabr\u0131n 7-d\u0259n b\u0259ri Q\u0259zzada 3 6 mind\u0259n \u00e7ox h\u0259d\u0259f\u0259 h\u00fccum edib"

Əlaqəli Xəbərlər