BMT: Qəzzadan humanitar dəhliz yaradılması ilə bağlı danışıqlar davam edir
Qəzza zolağından Misirə humanitar dəhlizin açılması ilə bağlı danışıqlar davam edir, lakin hələlik istənilən nəticə əldə olunmayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə BMT baş katibinin nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib.
O, humanitar dəhlizin yaradılması istiqamətində irəliləyiş olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib: "Xeyr. Bu məsələnin müzakirəsi müxtəlif səviyyələrdə fəal şəkildə davam edir. Baş katib telefon əlaqəsi saxlayır, BMT-nin xüsusi əlaqələndiricisi Tor Vennesland da bu istiqamətdə işlər aparılır".