Menyu

Türkiyə XİN Hakan Fidanın oktyabrın 13-14-də Misirə səfər edəcəyini təsdiqləyib - YENİLƏNİB

Türkiyə XİN Hakan Fidanın oktyabrın 13-14-də Misirə səfər edəcəyini təsdiqləyib - YENİLƏNİB

Türkiyənin xarici işlər naziri Hakan Fidan Fələstin-İsrail qarşıdurması zonasındakı vəziyyəti və böhranın həlli yollarını müzakirə etmək üçün oktyabrın 13-14-də Misirə səfər edəcək. 

"Operativ Media" xəbər verir ki, bu barədə məlumatı Türkiyə Xarici İşlər Nazirliyi təsdiqləyib.

"Nazirimiz bu ölkənin xarici işlər nazirinin dəvəti ilə Misirə rəsmi səfər edəcək. Danışıqlar zamanı ikitərəfli münasibətlərin hərtərəfli müzakirəsi, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsinin aparılması planlaşdırılır", - XİN-in açıqlamasında bildirilir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir müddət əvvəl misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə Qəzzada münaqişənin həlli və Fələstinə humanitar yardımın göstərilməsi məsələlərini müzakirə etdiyini bildirib. 

*** 22:28

Türkiyənin xarici işlər naziri Hakan Fidan Fələstin-İsrail münaqişəsi zonasındakı vəziyyəti və böhranın həlli yollarını müzakirə etmək üçün oktyabrın 13-ü cümə günü Misirə səfər edəcək. 

"Operativ Media" xəbər verir ki, bu barədə "CNN Türk" diplomatik mənbələrə istinadən məlumat yayıb.

Türkiyə Xarici İşlər Nazirliyi hələ ki, nazirin Qahirəyə səfərini açıqlamayıb. 

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər