http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Füzulinin daha 62 sakini doğma yurda qayıdır

13 Oktyabr 2023 , 07:25
Füzulinin daha 62 sakini doğma yurda qayıdır

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq yenidən qurulan Füzuli şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

"Operativ Media" xəbər verir ki, oktyabrın 13-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 22 ailə - 62 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü olaraq, təhlükəsiz şəkildə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Abadlaşan və daha da gözəlləşən Füzuli şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkürünü bildirib, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını ifadə ediblər. Sakinlər Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinə böyük ehtiram duyduqlarını dilə gətiriblər.

Qeyd edək ki, köçürülən ailələr Füzuli şəhərində yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Füzuli şəhərində 230 ailənin, yəni, 811 nəfərin daimi məskunlaşması təmin ediləcək.

OXŞAR XƏBƏRLƏR
Von der Leyen İranın İsrailə raket hücumunu pisləyib

Von der Leyen İranın İsrailə raket hücumunu pisləyib

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

İranda 5 günlük matəm elan olunub

İranda 5 günlük matəm elan olunub

XƏBƏR LENTİ
  • 18:05

    Naxçıvanda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb
  • 17:52

    Ahıl vətəndaşları aldadaraq pullarını ələ keçirən şəxs saxlanılıb
  • 17:48

    Əli Əsədov Azərbaycanın Belarusdakı səfirliyinə baş çəkib
  • 17:32

    Bakının Şərifzadə küçəsində avtobus zolağında vaxt məhdudiyyəti tətbiq edilib
  • 17:13

    Slovakiya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlanıb
  • 17:08

    COP-29 çərçivəsində TDT ekologiya nazirlərinin ilk iclasının keçirilməsi planlaşdırılır
  • 17:01

    Prezident Cəbrayılın Soltanlı kəndində damazlıq yumurta istehsalı fabrikinin təməlini qoyub - YENİLƏNİB
  • 16:53

    Azərbaycanla Özbəkistan arasında komanda-qərargah təlimi keçirilir
Menyu