20 Noyabr 2022, 16:08
Türkiyə MN: "Antiterror əməliyyatı zamanı 89 hədəf və çoxlu sayda terrorçu məhv edilib"

Türkiyə Hərbi Hava Qüvvələrinin ötən gecə həyata keçirdiyi “Pençe-Kılıç” əməliyyatı nəticəsində 89 hədəf və çoxlu sayda terrorçu məhv edilib.
"Operator Media" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, İraqın şimalında Qəndil, Asos, Suriyanın şimalında Ərəb Pınarı, Tel-Rifat, Cizrə və Derrik bölgələrində PKK/KCK/YPG terrorçularına zərbələr endirilib.
Zərərsizləşdirilən terrorçular arasında terror təşkilatının liderləri də var.