20 Noyabr 2022, 18:42
Bill Qeyts: Ukrayna böhranına görə Afrika ölkələrinə yardımlar azalıb

Qərb ölkələri Ukrayna böhranına görə Afrika ölkələrinə yardımları azaldır.
"Operativ Media" xəbər verir ki, bunu “Microsoft”-un qurucusu Bill Qeyts bildirib.
Keniyada xeyriyyəçilik fəaliyyəti ilə məşğul olan Bill və Melinda Qeyts Fondunun regional nümayəndəliyinin açılışı ilə əlaqədar bu ölkədə səfərdə olan Bill Qeyts deyib ki, Ukraynadakı böhran Qərb ölkələrinin büdcələrinə ciddi ziyan vurub və Qərb ölkələrinin bir neçə il ərzində kasıb ölkələrə yardımlarının həcmi çətin ki, artsın.