Menyu

Bolqarıstan parlamenti Gürcüstanın Aİ-yə namizəd statusu almasını dəstəkləyib

Bolqarıstan parlamenti Gürcüstanın Aİ-yə namizəd statusu almasını dəstəkləyib

Bolqarıstan parlamenti Gürcüstanın Avropa İttifaqı (Aİ) üzvlüyünə namizəd statusu almasına dəstək bəyannaməsini qəbul edib. 

"Operativ Media" xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Bolqarıstan parlamenti Gürcüstana Aİ üzvlüyünə namizəd ölkə statusunun verilməsini dəstəkləyir. Bu barədə qərar Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvilinin Sofiyaya səfəri zamanı qanunverici orqanın səs çoxluğu ilə qəbul etdiyi müvafiq bəyannamədə yer alır", - deyə məlumatda bildirilir.

Sənəddə Gürcüstanın Avropa və Avro-Atlantik inteqrasiyasına dəstək ifadə edilir, həmçinin qeyd olunur ki, Gürcüstan cəmiyyətində ölkənin Avropa İttifaqına daxil olmasına geniş dəstək Aİ-yə olan istəyi alternativsiz edir. Bəyannamədə həmçinin Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə edilib.

Qeyd edək ki, Darçiaşvili cümə günü Sofiyaya gəlib və orada Bolqarıstanın xarici işlər naziri Mariya Qabriel ilə görüşüb.

Teqlər:

"Bolqar\u0131stan parlamenti G\u00fcrc\u00fcstan\u0131n A\u0130-y\u0259 namiz\u0259d statusu almas\u0131n\u0131 d\u0259st\u0259kl\u0259yib"

Əlaqəli Xəbərlər