HƏMAS-ın İsrailə hücumunda həlak olan Fransa vətəndaşlarının sayı 15-ə çatıb
HƏMAS yaraqlılarının İsrailə hücumu zamanı həlak olan Fransa vətəndaşlarının sayı 15-ə çatıb.
"Operativ Media" xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Ketrin Kolonna "France 5" telekanalının efirində bildirib.
"Sizə bildirməliyəm ki, 15 həmvətənimiz İsraildə həyatını itirib. Onlar terrorçular tərəfindən öldürülüb", - Kolonna deyib.
Onun sözlərinə görə, bir neçə Fransa vətəndaşı itkin düşənlər siyahısındadır: "Bəziləri girov saxlanıla bilər".
Qeyd edək ki, Fransa İsraili tərk etmək istəyən vətəndaşlarını təxliyə etməyə başlayıb. Onları daşıyan ilk təyyarə cümə axşamı Parisə eniş edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net