Menyu

ABŞ 26-cı Dəniz Ekspedisiyasını İsrail yaxınlığında yerləşdirməyə hazırlaşır

ABŞ 26-cı Dəniz Ekspedisiyasını İsrail yaxınlığında yerləşdirməyə hazırlaşır
1 dəq oxu

"ABŞ 26-cı Dəniz Ekspedisiya Qüvvələrini İsrail yaxınlığında mümkün yerləşdirməyə hazırlayır". 

"Operativ Media" xəbər verir ki, bu barədə "CNN" mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, bölmə genişmiqyaslı evakuasiyanı dəstəkləməyə və humanitar yardım göstərməyə qadir olan 2 mindən çox dəniz piyadasından ibarətdir.

Mənbənin sözlərinə görə, korpus hələ ki, İsrail yaxınlığında yerləşdirmə əmri almayıb. Bununla belə, son günlər Müdafiə Nazirliyinin nümayəndələri bəyan ediblər ki, Pentaqonun bölgəyə əlavə qüvvələri tez bir zamanda köçürülə bilər.
 

Əlaqəli Xəbərlər