14 Oktyabr 2023, 14:09
Heydər Əliyev Azərbaycanın neft-qaz sahəsinin inkişafında müstəsna rol oynayıb - Con Braun
Heydər Əliyev Azərbaycanın neft-qaz sahəsinin inkişafında müstəsna rol oynayıb - Con Braun şəkil
Heydər Əliyev Azərbaycanın neft-qaz sahəsinin inkişafında müstəsna rol oynayıb - Con Braun

Heydər Əliyev Azərbaycanın enerji sahəsinin inkişafında müstəsna rol oynayıb.

"Operativ Media" xəbər verir ki, bunu bp şirkətinin keçmiş baş direktoru Con Braun Bakıda keçirilən "Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası" konfransında deyib.

"Azərbaycan mənim ürəyimdə xüsusi yer tutur. Bu ölkə qətiyyət, tərəqqi və öyrənmənin güclü mənbəyidir. Bunda Ulu Öndər Heydər Əliyevin rolunu qeyd etmək istərdim. Onun uzaqgörən rəhbərliyi müasir Azərbaycanı və onun yeni strategiyalarını formalaşdırıb. Mən bp-nin baş direktoru vəzifəsində olduğum zaman onu tanımaq və onunla işləmək şərəfinə nail oldum. Mən ona qarşı xalqının gələcəyinə dair aydın təsəvvürü olan qüdrətli və xarizmatik lider kimi dərin hörmət bəsləmişəm. O nəinki öz ölkəsinin, həm də bütün regionun inkişafında müstəsna rol oynayıb. O Azərbaycanda böyük karbohidrogen ehtiyatlarının ölkənin iqtisadi və sosial inkişafının açarı olacağını düzgün olaraq görüb. O həmçinin anlayırdı ki, bu potensialın istifadəsi üçün xarici investisiyalar və ekspert bilikləri cəlb etməlidir. Bu gün biz Heydər Əliyevin öz ölkəsi üçün hazırladığl baş planın möhtəşəm nəticələrini görə bilərik ki, dünya səviyyəli "Azəri-Çıraq-Günəşli", Bakı-Tbilisi-Ceyhan və "Şahdəniz" lahyihələri bundan xəbər verə bilər. Bu layihələr Azərbaycan iqtisadiyyatının yenidən formalaşmasında və Bakının dünyanın aparıcı enerji mərkəzlərindən biri olaraq statusunun təsdiqlənməsində mühüm rol oynayıb.

Braun "Azəri-Çıraq-Günəşli" layihəsinin müstəqil Azərbaycanın yeni neft strategiyasının başlanğıcından xəbər verdiyini və ölkə tarixində kökləri 1846-cı ilə gedib çatan yeni səhifə açdığını qeyd edib.

 

Onun sözlərinə görə, "Əsrin Müqaviləsi" karbohidrogen ehtiyatları və investisiyalar baxımından dünyanın ən böyük sazişlərindən biri olaraq qalır.

"Bu, Qərbin transmilli şirkətlərindən keçmiş Sovet İttifaqı ölkələrindən hər hansında indiyədək görülmüş ən böyük və mühüm investisiyaların daxil olmasına imkan yaradıb. Bu, Azərbaycanın misilsiz dirçəlişinn və iqtisadi inkişafının əsasını qoyub. Azərbaycan neft sənayesinin nailiyyətləri keçmişdə olduğu kimi, bu yaxında "Mərkəzi-Şərqi Azəri" (ACE) platformasının quraşdırılması ilə işçilərinin fədakarlığından və zəhmətkeşliyindən xəbər verir. Bu günneftçilərin xatirəsini anmaq və sahə üzrə son 29 il ərzindəki nailiyyətləri qeyd etmək məqsədilə burada olduğum üçün hədsiz qürurluyam. Bu nailiyyətlər Azərbaycan neftçilərinin fədakarlığı, cəsarəti və qətiyyəti olmadan mümkünsüz olardı", - deyə Braun əlavə edib.

 

Son xəbərlər
İranda yol qəzasında 5 nəfər ölüb
Putin: Biz dollardan imtina etməmişik
Pirallahıda ölümlə nəticələnən yol qəzası baş verib
Pakistanın Baş naziri Azərbaycanın müdafiə sənayesi naziri ilə görüşüb
Türkiyədə bina çöküb, dağıntılar altında qalanlar var - YENİLƏNİB - FOTO
Cənubi Koreya prezidentinin həbs müddəti ilə bağlı qərar verilib
İstanbul-Moskva təyyarəsi məcburi eniş edib
Çilidə güclü zəlzələ olub