Menyu

KİV: İsrailin quru əməliyyatı hava şəraitinə görə təxirə salınıb

KİV: İsrailin quru əməliyyatı hava şəraitinə görə təxirə salınıb

"İsrailin Qəzza zolağında quru əməliyyatı bu həftə sonu başlamalı idi, lakin israilli pilotların və pilotsuz təyyarə operatorlarının quru qüvvələrinə havadan dəstək vermək qabiliyyətinə mane olan buludlu hava səbəbindən "bir neçə gün" təxirə salınıb".  

"Operativ Media" xəbər verir ki, bu barədə İsrail silahlı qüvvələrindəki mənbələrinə istinadən "The New York Times" qəzeti yazıb.

Onlar fəaliyyət planının məxfi olmayan təfərrüatlarını nəşrlə bölüşüblər. Buradan belə nəticə çıxır ki, yaxın günlərdə quru əməliyyatına başlanmalıdır. İsrail Qəzza şəhərini ələ keçirmək və Fələstin anklavının hazırkı hakimiyyətini devirmək üçün on minlərlə əsgər göndərməyi planlaşdırır. Qeyd edilir ki, bu, 2006-cı ildə İsrail-Livan münaqişəsindən sonra İsrailin ən böyük quru əməliyyatına çevrilə bilər. Qəzet yazır ki, hücum İsraili 2 milyondan çox əhalisi olan kiçik bir ərazidə aylarla “qanlı şəhər döyüşləri uçurumuna” sürükləyə bilər.

HƏMAS-ın adının açıqlanmasını istəməyən üzvünün "The New York Times" qəzetinə verdiyi məlumata görə, yaraqlılar sektorun şimal hissəsindəki tunellərdə İsrail hərbçilərini pusquya salmaq niyyətindədirlər. İsrail rəsmiləri də öz növbəsində qəzetə bildiriblər ki, hücumda piyadalardan əlavə tanklar, istehkamçılar və xüsusi təyinatlılar da iştirak edəcək. Əhatə təyyarələr, döyüş helikopterləri, dronlar və qurudan və dənizdən artilleriya atəşi ilə təmin ediləcək. 

Teqlər:

"K\u0130V: \u0130srailin quru \u0259m\u0259liyyat\u0131 hava \u015f\u0259raitin\u0259 g\u00f6r\u0259 t\u0259xir\u0259 sal\u0131n\u0131b"

Əlaqəli Xəbərlər