İsrail ordusu oktyabrın 7-dən 190 Həmas fəalının həbs edildiyini bildirib
Oktyabrın 7-dən İsrail təhlükəsizlik qüvvələri bütün İordan çayının qərb sahilində Fələstin yaşayış məntəqələrində antiterror reydləri zamanı Qəzza zolağında hakim olan Həmas hərəkatının 190 fəalını saxlayıb.
"Operativ Media" xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"İudeya və Samariyada hərbi əməliyyatlar başlayandan bəri terror fəaliyyətində iştirakda şübhəli bilinərək axtarışda olan 330 nəfər saxlanılıb. Onlardan 190 nəfəri həbs edilib", - bəyanatda deyilir.
Teqlər:
"\u0130srail ordusu oktyabr\u0131n 7-d\u0259n 190 H\u0259mas f\u0259al\u0131n\u0131n h\u0259bs edildiyini bildirib"