Çin: Qəzzada ciddi humanitar fəlakətin qarşısının alınması prioritetdir
İsrail-Fələstin münaqişəsinin tərəfləri ilk növbədə mülki əhali arasında itkilərin sayının artmasının qarşısını almalıdırlar.
"Operativ Media" xəbər verir ki, bunu Çinin xarici işlər naziri Vanq Yi İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyanla telefon danışığı zamanı deyib.
"İndi əsas vəzifə vəziyyəti soyutmaq və Qəzza zolağında ciddi humanitar fəlakətin qarşısını almaqdır", - Vanq Yi bildirib.
Onun sözlərinə görə, dinc əhali arasında günahsız qurbanların sayının artmasına yol verməmək lazımdır: "Özünümüdafiə hüququ beynəlxalq hüquqa və beynəlxalq humanitar hüquqa uyğun həyata keçirilməlidir, bura mülki şəxslərin və məhbusların təhlükəsizliyinin təmin edilməsi daxildir".
Çinli nazir bildirib ki, “zorakılığı zorakılıqla saxlamaq” cəhdləri daha çox zərər verə və daha ciddi böhranlara səbəb ola bilər.
O, Çinin Fələstin məsələsində birlik və koordinasiyanı gücləndirmək üçün İslam ölkələrini dəstəklədiyini bildirib. Vanq Yi müstəqil Fələstin dövlətinin olmamasını tarixi ədalətsizlik hesab edib: "Buna ən qısa zamanda son qoyulmalıdır".
Teqlər:
"\u00c7in: Q\u0259zzada ciddi humanitar f\u0259lak\u0259tin qar\u015f\u0131s\u0131n\u0131n al\u0131nmas\u0131 prioritetdir"