Menyu

KİV: Livandan İsrailə 9 raket atılıb

KİV: Livandan İsrailə 9 raket atılıb

Livanın cənubunda fəaliyyət göstərən silahlılar Qərbi Qalileydəki İsrail yaşayış məntəqələrini raket atəşinə tutub.

"Operativ Media" xəbər verir ki, bu barədə "Al Jadeed" telekanalı məlumat yayıb.

Məlumata görə, Nahariya, Şlomi və Hanita yaşayış məntəqələrinə hücumlar həyata keçirilib, 9 raket atılıb.

Hücumların nəticələri barədə məlumat verilməyib.

Hələlik nə Rəşidiyyə qaçqın düşərgəsindən olan fələstinli yaraqlılar, nə də Hizbullah hücuma görə məsuliyyəti öz üzərinə götürməyib. 

Teqlər:

"K\u0130V: Livandan \u0130srail\u0259 9 raket at\u0131l\u0131b"

Əlaqəli Xəbərlər