Menyu

Tuğ, Daşaltı və Hadrutda yeni infrastruktur yaradılacaq

Tuğ, Daşaltı və Hadrutda yeni infrastruktur yaradılacaq

Hazırda Tuğ, Daşaltı və Hadrutda turistlərin ilkin ehtiyaclarının ödənilməsi üçün yaradılacaq infrastrukturun layihə-smeta sənədləri hazırlanır.

"Operativ Media" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova deyib.

O bildirib ki, növbəti mərhələdə turizm üçün əlverişli olan digər ərazilərdə də bu işlərə başlanılacaq.

Qeyd edək ki, oktyabrın 16-da Dövlət Turizm Agentliyi ölkənin 40-a yaxın kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə Tərtər rayonunun Suqovuşan qəsəbəsində yeni salınmış istirahət parkına mediatur təşkil edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər