Hakan Fidan Lavrovla İsrail-Fələstin münaqişəsini müzakirə edib
Türkiyənin xarici işlər naziri Hakan Fidanla Rusiyanın XİN rəhbəri Sergey Lavrov arasında telefon danışığı olub.
"Operativ Media" nın xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı İsrail-Fələstin münaqişəsi müzakirə edilib.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 300 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.