21 Noyabr 2022, 10:09
Dünya Kubokunun açılış mesajı: Bizi birləşdirən, ayırandan daha böyükdür
Dünya Kubokunun açılış mesajı: Bizi birləşdirən, ayırandan daha böyükdür şəkil
Dünya Kubokunun açılış mesajı: Bizi birləşdirən, ayırandan daha böyükdür

Dünya şöhrətli aktyor Morqan Frimanın anadangəlmə Kaudal Reqressiya Sindromlu uşaqla söhbəti dünya çempionatının açılış mərasiminə damğasını vurub. İkisinin birlik mesajı verdiyi söhbət emosional anlara səhnə olub.

"Operativ Media" xəbər verir ki, 2022-ci il futbol üzrə dünya çempionatı Qətərin paytaxtı Dohada keçirilən möhtəşəm açılış mərasimi ilə başlayıb.

Açılışa damğasını vuran görüntülərdən biri də Kaudal Reqressiya Sindromu (CDS) səbəbiylə beldən aşağısı olmayan 20 yaşlı "Qanim el Muftah"ın söhbəti olub.

Morqan Friman səhnəyə çıxaraq Qanim el Muftaha salam verib, daha sonra yerdə oturaraq ayaqlarını uzadıb.

Freeman, "Bizi birləşdirən, bizi ayırandan daha böyükdür. Biz böyük bir tayfayıq və dünya bizim çadırımızdır. Biz hamını bir olmağa dəvət edə bilərik" deyib.

"Bəli, birlikdə dünyaya bizə qoşulmaq üçün güclü bir mesaj göndərə bilərik" Qanim el Muftah cavabında bildirib.

“Qanim əl Muftah və Morqan Friman arasındakı bu ürəkaçan söhbət sosial mediada da böyük diqqət çəkib.

Son xəbərlər
İranda yol qəzasında 5 nəfər ölüb
Putin: Biz dollardan imtina etməmişik
Pirallahıda ölümlə nəticələnən yol qəzası baş verib
Pakistanın Baş naziri Azərbaycanın müdafiə sənayesi naziri ilə görüşüb
Türkiyədə bina çöküb, dağıntılar altında qalanlar var - YENİLƏNİB - FOTO
Cənubi Koreya prezidentinin həbs müddəti ilə bağlı qərar verilib
İstanbul-Moskva təyyarəsi məcburi eniş edib
Çilidə güclü zəlzələ olub