Menyu

Bayden İsrailə səfər edəcək

Bayden İsrailə səfər edəcək

ABŞ Prezidenti Cozef Bayden sabah, oktyabrın 17-də İsrailə səfər edəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə İsrail KİV-ləri məlumat yayıb.

Birləşmiş Ştatlar liderinin İsrailin Baş naziri Benyamin Netenyahu ilə görüşü gözlənilir.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 400 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.

C.Baydendən əvvəl ABŞ-nin dövlət katibi Antoni Blinken və müdafiə naziri Lloyd Ostin də İsrailə səfər edib.

Qeyd edək ki, B.Netenyahu daha əvvəl C.Baydeni ölkəsinə səfərə dəvət etmişdi.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər