Menyu

Putin İsrail və Fələstin liderləri ilə telefonla danışacaq

Putin İsrail və Fələstin liderləri ilə telefonla danışacaq

Rusiya prezidenti Vladimir Putin oktyabrın 16-da İsrailin baş naziri Benyamin Netanyahu və Fələstin prezidenti Mahmud Abbasla telefon danışığı aparacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Onun sözlərinə görə, bu gün Rusiya liderinin beş beynəlxalq telefon danışığı olacaq. Vladimir Putin artıq Suriya prezidenti Bəşər Əsədlə və İran prezidenti İbrahim Rəisi ilə danışıb.

Rusiya liderinin bundan başqa, gün ərzində Misir prezidenti Əbdul Fəttah əs-Sisi, Fələstin prezidenti Mahmud Abbas və İsrailin baş naziri Benyamin Netanyahu ilə də telefon danışığı aparacağını deyən Kreml nümayəndəsi, İsrail-Fələstin münaqişəsi ilə əlaqədar bütün məsələlərin Rusiya prezidentinin diqqət mərkəzində olduğunu bildirib.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Son məlumatlara görə, 1 300 nəfər ölüb, 3 300 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını açıqlayıb.

Teqlər:

"Putin \u0130srail v\u0259 F\u0259l\u0259stin liderl\u0259ri il\u0259 telefonla dan\u0131\u015facaq"

Əlaqəli Xəbərlər