KİV: Netanyahu və Putin arasında telefon danışığı olub
İsrailin baş naziri Benyamin Netanyahu ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
"Operativ Media" xəbər verir ki, bu iddia ilə "Haaretz" qəzeti çıxış edib.
Qəzetin sözlərinə görə, söhbətin əsas mövzusu Qəzza zolağı ətrafındakı mövcud vəziyyət olub. Nəşr başqa təfərrüatlar verməyib.
İsrail baş nazirinin ofisi və Rusiya tərəfi iki lider arasında telefon danışığı ilə bağlı yayılan xəbərə hələlik münasibət bildirməyib.
Daha əvvəl Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib ki, gün ərzində Rusiya lideri Netanyahu da daxil olmaqla Yaxın Şərqdə vəziyyətin pisləşməsinə həsr olunmuş beş beynəlxalq telefon danışığı keçirməyi planlaşdırır. Bu danışıqlardan dördü artıq baş tutub.
Teqlər:
"K\u0130V: Netanyahu v\u0259 Putin aras\u0131nda telefon dan\u0131\u015f\u0131\u011f\u0131 olub"