Menyu

WSJ: Pentaqon Yaxın Şərqdə yerləşdirilmək üçün 2 min əsgər hazırlayır

WSJ: Pentaqon Yaxın Şərqdə yerləşdirilmək üçün 2 min əsgər hazırlayır

"ABŞ Müdafiə Nazirliyi təxminən 2000 əsgəri İsrailə dəstək məqsədilə Yaxın Şərqə potensial yerləşdirməyə hazırlamaq üçün səfərbər edib". 

"Operativ Media" xəbər verir ki, bu barədə "The Wall Street Journal" Pentaqondakı mənbələrinə istinadən məlumat yayıb.

Amerika hərbçiləri ABŞ Silahlı Qüvvələrinin müxtəlif bölmələrindən seçilib. ABŞ agentliyinin rəsmiləri bildiriblər ki, onların əsas vəzifələri "məsləhətləşmə və tibbi dəstək" olacaq.

Hazırda ABŞ-nin seçilmiş hərbi personalı Yaxın Şərq və Avropadadır. Nəşr yazır ki, onların transferinin konkret nəyə əsaslanacağı və hara göndərilə biləcəyi hələ məlum deyil. 

Qeyd edilir ki, istənilən halda Pentaqonun qərarı Vaşinqtonun Qəzza zolağında quru əməliyyatı keçirməyə qərar verəcəyi təqdirdə İsrail qüvvələrinə dəstək verməyə hazırlaşdığını göstərir. 

Teqlər:

"WSJ: Pentaqon Yax\u0131n \u015e\u0259rqd\u0259 yerl\u0259\u015fdirilm\u0259k \u00fc\u00e7\u00fcn 2 min \u0259sg\u0259r haz\u0131rlay\u0131r"

Əlaqəli Xəbərlər