Fələstin dövləti HƏMAS-ı girovları azad etməyə çağırıb
Fələstin hakimiyyəti HƏMAS-ı girovları azad etməyə çağırıb.
"Operativ Media" xəbər verir ki, bu barədə TASS-a Fələstinin Rusiya Federasiyasındakı səfiri Əbdül Hafiz Nofəl bildirib.
"Fələstin Prezidenti Mahmud Abbas artıq bəyanatında müharibənin dayanacağını, yardımın, su və elektrikin verilişinin bərpa ediləcəyini və HƏMAS-ın girov götürdüyü mülki insanları geri qaytaracağını, o cümlədən İsrailin də mülki insanları azad edəcəyini bəyan edib. Düşünürəm ki, hazırda bununla Qətər və misirlilər işləyir. Həmçinin Fələstin Muxtariyyəti də, Amerika da, hamı bu variant üzərində işləyir", - səfir qeyd edib.
İsrail ordusunun məlumatına görə, HƏMAS tərəfdarları yəhudi dövlətinin ən azı 199 vətəndaşını girov götürüblər ki, onların da çoxu başqa ölkələrin pasportlarına malikdir.