Menyu

Baydenin İsrailə səfərinin tarixi açıqlanıb

Baydenin İsrailə səfərinin tarixi açıqlanıb

ABŞ Prezidenti Co Bayden oktyabrın 18-də İsrailə səfər edəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinken “X” sosial şəbəkəsindəki hesabında bildirib.

“Çərşənbə günü, ABŞ Prezidenti İsrailə səfər edəcək. O, bura İsrail, region və dünya üçün kritik anda gəlir”, - Blinken sosial şəbəkə hesabında bildirib.

 

Qeyd edək ki, oktyabrın 7-də İsrailə hücumlar olunub. Əvvəlcə Qəzza bölgəsindən reaktiv mərmilərlə kütləvi atəş açılıb, daha sonra döyüşçülər əraziyə qurudan, havadan və sudan daxil olublar.

İsrail müharibə vəziyyəti elan edib. Bundan başqa, İsrailin müdafiə naziri Yoav Qallant ehtiyatda olan hərbçilərin kütləvi çağırışını elan edib.

Teqlər:

"Baydenin \u0130srail\u0259 s\u0259f\u0259rinin tarixi a\u00e7\u0131qlan\u0131b"

Əlaqəli Xəbərlər