Vaqif Xaçatryanın vəkili dəyişdi

Fərrux Qocamanlı
Vaqif Xaçatryanın vəkili dəyişdi

Azərbaycan vəkillər Kollegiyasının üzvü, vəkil Natiq Bəybalayev Meşəli qətliamı törətməkdə təqsirləndirilən Vaqif Xaçatryanın müdafiəsindən imtina edib.

"Operativ Media" nın məlumatına görə, bu gün Yasamal rayon məhkəməsində Vaqif Xaçatryanın cinayət işi üzrə məhkəmədə məlum olub.

Prosesdə N. Beydullayev məhkəməyə müraciət edib. O bildirib ki, səhhəti ilə əlaqədar müdafiədən imtina edir.

Etiraz qəbul edilib və V. Xaçatryan başqa müdafiəçi ilə təmin edilib.

Azərbaycan Vəkillər Kollegiyasının üzvü Radmila Abdulova V. Xaçatryana müdafiəçi təyin edilib.

Digər xəbərlər