21 Noyabr 2022, 11:01
AEBA Rusiyaya xəbərdarlıq edib

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin prezidenti Rafael Qrossi Rusiyaya nüvə obyektinə hücumla bağlı xəbərdarlıq edib.
"Operativ Media" xəbər verir ki, AEBA -nın verdiyi yazılı açıqlamada Avropanın ən böyük atom elektrik stansiyası olan Zaporojya və ətrafında dünən gecə və bu gün səhər saatlarında baş verən çoxlu sayda partlayışla bağlı qiymətləndirmə aparılıb.
Açıqlamada həm AES-in yerləşdiyi əraziyə, həm də ətrafına onlarla bombanın düşdüyü vurğulanıb və mütəxəssislərin partlayışları araşdırdığını qeyd edib.
"Dünən və bu səhər gələn xəbərlər son dərəcə narahatedicidir. Bu böyük AES-in yerləşdiyi ərazidə baş verən partlayışlar qətiyyən qəbuledilməzdir. Bunun arxasında kim durursa, dərhal dayanmalıdır"- Qrossi qeyd edib.