Menyu

Paşinyan: “Ermənistan Aİ ilə əlaqələrin dərinləşməsində maraqlıdır”

Əziz Əzizli
Paşinyan: “Ermənistan Aİ ilə əlaqələrin dərinləşməsində maraqlıdır”

“Ermənistan Avropa İttifaqı (Aİ) ilə əlaqələrin daha da dərinləşməsində maraqlıdır”.

"Operativ Media" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan Strasburqda Avropa Parlamentinin rəhbəri Roberta Metsola ilə birgə mətbuat konfransında deyib.

O qeyd edib ki, demokratiya Ermənistan üçün strateji seçimdir və bu, Aİ ilə əlaqələrin möhkəmləndirilməsi üçün möhkəm təməldir.

Onun sözlərinə görə, son dövrlərdə Ermənistanla Aİ arasında münasibətlər daha bir elementlə - təhlükəsizlik sferası ilə tamamlanıb: “Söhbət xüsusilə Aİ-nin Ermənistandakı mülki monitorinq missiyasından gedir”.

Teqlər:

"Pa\u015finyan: \u201cErm\u0259nistan A\u0130 il\u0259 \u0259laq\u0259l\u0259rin d\u0259rinl\u0259\u015fm\u0259sind\u0259 maraql\u0131d\u0131r\u201d"

Əlaqəli Xəbərlər