Menyu

Azərbaycanı Naxçıvanla birləşdirən dəmir yolunu bərpa etməyə hazırıq - Paşinyan

Azərbaycanı Naxçıvanla birləşdirən dəmir yolunu bərpa etməyə hazırıq - Paşinyan

Azərbaycanın cənub-qərb rayonlarını Naxçıvanla birləşdirən Mehri dəmir yolunu bərpa etməyə hazırıq.

"Operativ Media" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışında deyib.

O qeyd edib ki, nəqliyyat və enerji kommunikasiyalarının qurulması sülh sazişi gündəliyinin əsas məsələlərindən biridir. Bu yol təkcə Azərbaycan və Ermənistana deyil, həm də Gürcüstan və İrana Qərb bazarlarına çıxış imkanı əldə etməyə imkan verəcək.

Paşinyan, həmçinin, Ermənistanın ilin sonunadək Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu qeyd edib.

Teqlər:

"Az\u0259rbaycan\u0131 Nax\u00e7\u0131vanla birl\u0259\u015fdir\u0259n d\u0259mir yolunu b\u0259rpa etm\u0259y\u0259 haz\u0131r\u0131q - Pa\u015finyan"

Əlaqəli Xəbərlər