KİV: ABŞ Yaxın Şərqə ümumilikdə 4 mindən çox hərbi qulluqçu göndərir
"ABŞ Silahlı Qüvvələrinin Yaxın Şərqə yerləşdirdiyi əlavə qüvvələrə ümumilikdə 4 mindən çox hərbçi daxildir".
"Operativ Media" xəbər verir ki, bu barədə "The Washington Post", həmçinin "Fox" da daxil olmaqla bir sıra ABŞ KİV-ləri məlumat yayıb.
Həmin KİV-lər Amerikanın müdafiə dairələrinin nümayəndələrindən alınan məlumata istinad edərək bildiriblər ki, söhbət ABŞ Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadaları Korpusunun hərbi personalından, o cümlədən xüsusi təyinatlılardan gedir. Bu qüvvələrin və texniki vasitələrin son nəticədə harada yerləşdiriləcəyi hələ dəqiqləşdirilməyib.
Bundan əvvəl Vaşinqton artıq Şərqi Aralıq dənizinə ABŞ Hərbi Dəniz Qüvvələrinin iki təyyarədaşıyan zərbə qrupu göndərib. "Dwight Eisenhower" və "Gerald Ford" təyyarədaşıyıcıları və onları müşayiət edən gəmilər bölgədə yerləşmə əmri alıblar.