Menyu

Şolts: Almaniyanın vəzifəsi İsrailin varlığını və təhlükəsizliyini təmin etməkdir

Şolts: Almaniyanın vəzifəsi İsrailin varlığını və təhlükəsizliyini təmin etməkdir

"Almaniyanın vəzifəsi İsrailin varlığını və təhlükəsizliyini təmin etməkdir".

"Operativ Media" xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bildirib.

"İsrailin və onun vətəndaşlarının təhlükəsizliyi Almaniyanın dövlət siyasətinin paradiqmasıdır. Almaniya hökuməti bu prinsipə uyğun hərəkət edir", - Şolts İsrailin baş naziri Benyamin Netanyahu ilə İsraildə keçirdiyi birgə mətbuat konfransında deyib. 

O əlavə edib ki, Bundestaqdakı bütün partiyalar bu mövqeyi dəstəkləyir.

"Bu gün burada, İsraildə, bu çətin vəziyyətdə bunu açıq şəkildə söyləmək mənim üçün vacibdir: Almaniyanın tarixi, Holokostdan doğan məsuliyyətimiz İsrail dövlətinin mövcudluğunu və təhlükəsizliyini təmin etməyi bizim vəzifəmizə çevirir", - Almaniya hökumətinin başçısı qeyd edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər