KİV: ABŞ dövlət katibi Omanda Fələstin lideri ilə görüşüb
ABŞ dövlət katibi Antoni Blinken və Fələstin Dövlətinin prezidenti Mahmud Abbas İordaniyanın paytaxtı Əmmanda görüşüb.
"Operativ Media" xəbər verir ki, bu barədə "Al Arabiya" telekanalı məlumat yayıb.
Məlumata görə, danışıqlar Qəzza zolağı ətrafında vəziyyətin müzakirəsinə yönəlib. Telekanalın qeyd etdiyi kimi, Blinken və Abbas münaqişəni cilovlamaq, onun genişlənməsinin və regionda yayılmasının qarşısını almaq yollarını müzakirə ediblər.
Bundan əvvəl Ağ Evin mətbuat katibi Karine Jan-Pyer ABŞ prezidenti Co Baydenin oktyabrın 18-də İsrailə səfər edəcəyini bildirmişdi: "Prezident Bayden daha sonra İordaniyanın paytaxtı Əmmana gedəcək və burada Kral II Abdullah, Misir Prezidenti Əbdülfəttah əs-Sisi və Fələstin Milli Administrasiyasının rəhbəri Mahmud Abbasla görüşəcək".
Teqlər:
"K\u0130V: AB\u015e d\u00f6vl\u0259t katibi Omanda F\u0259l\u0259stin lideri il\u0259 g\u00f6r\u00fc\u015f\u00fcb"