Gürcüstan İsraildən "Spyder" hava hücumundan müdafiə sistemləri alacaq
Gürcüstanın Müdafiə Nazirliyi İsrail istehsalı olan "Spyder" zenit-raket komplekslərinin və pilotsuz uçuş aparatlarına qarşı elektron döyüş sistemlərinin alınması üçün müqavilə imzalayıb.
"Operativ Media" xəbər verir ki, bunu Gürcüstanın müdafiə naziri Xuanşer Burçuladze parlamentdə çıxışı zamanı deyib.
"2022-ci ildə İsrail şirkəti Rafael tərəfindən istehsal edilən zenit-raket komplekslərinin modernləşdirilməsi başa çatıb. Müasir qısa və uzun mənzilli dron əleyhinə sistemlər, həmçinin pilotsuz sistemlərə qarşı insan tərəfindən idarə edilən elektron döyüş sistemləri də təkmin hala gətirilib", - məlumatda qeyd edilir.
Nazir əlavə edib ki, silahlı qarşıdurma zamanı müdafiə tapşırıqlarının yerinə yetirilməsi və mühüm infrastrukturun qorunması üçün hava hücumundan müdafiə sistemlərinin inkişafı xüsusi əhəmiyyət kəsb edir və müvafiq olaraq bu komponentin gücləndirilməsi əsas prioritetlərdən biridir.
Teqlər:
"G\u00fcrc\u00fcstan \u0130sraild\u0259n \"Spyder\" hava h\u00fccumundan m\u00fcdafi\u0259 sisteml\u0259ri alacaq"