Menyu

Quterreş oktyabrın 19-da Misirə səfər edəcək

Quterreş oktyabrın 19-da Misirə səfər edəcək

BMT-nin baş katibi Antonio Quterreş oktyabrın 19-da Qahirəyə gələcək və ölkə prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcək. 

"Operativ Media" xəbər verir ki, bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik brifinqdə bildirib.

"Cümə axşamı baş katib Misirin paytaxtı Qahirəyə gələcək və orada Misir rəhbərliyinin nümayəndələri, o cümlədən prezident Əbdülfəttah əs-Sisi və digər rəsmi şəxslər ilə regiondakı vəziyyəti müzakirə edəcək", - Düjarrik qeyd edib.

Düjarrik əlavə edib ki, Misirdə Quterreş humanitar yardım üçün Qəzza zolağına çıxış məsələsini gündəmə gətirəcək. O vurğulayıb ki, BMT-nin müxtəlif qurumları və nümayəndələri, eləcə də digər ölkələr, o cümlədən İsrail bu mövzuda müzakirələrdə iştirak edir.

Teqlər:

"Quterre\u015f oktyabr\u0131n 19-da Misir\u0259 s\u0259f\u0259r ed\u0259c\u0259k"

Əlaqəli Xəbərlər