Menyu

Gürcüstan prezidenti mitinqlərdə çadırları qadağan edən qanuna veto qoyub

Gürcüstan prezidenti mitinqlərdə çadırları qadağan edən qanuna veto qoyub

Gürcüstan prezidenti Salome Zurabişvili etiraz aksiyaları zamanı çadırların quraşdırılmasını qadağan edən parlamentin qəbul etdiyi qanunu imzalamaqdan imtina edib. 

"Operativ Media" xəbər verir ki, bu barədə dövlət başçısının administrasiyası məlumat yayıb.

"Gürcüstan Prezidenti digər anti-Avropa qanunu kimi "Məclislər və nümayişlər haqqında" qanuna edilən dəyişikliyə veto qoyub", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, oktyabrın əvvəlində Gürcüstan parlamenti etiraz aksiyaları zamanı müvəqqəti tikililərin quraşdırılmasını qadağan edən qanun qəbul edib. Hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasının təşəbbüsünə əsasən, etirazçılar başqalarının təhlükəsizliyinə təhlükə törətdikdə, polis əməkdaşlarının ictimai asayişi qorumasına mane olduqda, təşkilatların fəaliyyətinə mane olduqda onlara müvəqqəti tikililər quraşdırmaq qadağan edilir. Qanun layihəsinin müəlliflərinin qeyd etdiyi kimi, buna zərurət Gürcüstan xüsusi xidmət orqanlarının ilin sonunda gözlənilən kütləvi iğtişaşlar haqqında məlumatlara görə yaranıb.
 

Teqlər:

"G\u00fcrc\u00fcstan prezidenti mitinql\u0259rd\u0259 \u00e7ad\u0131rlar\u0131 qada\u011fan ed\u0259n qanuna veto qoyub"

Əlaqəli Xəbərlər