Sderot şəhərinə endirilən raket zərbələri nəticəsində iki türk jurnalist yaralanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə "CNN Türk"ün bölgədə olan müxbiri məlumat verib.
Onun sözlərinə görə, raketlərdən biri bir qrup türk media nümayəndəsinin yerləşdiyi yerin yaxınlığında düşüb. Nəticədə İhlas Xəbər Agentliyinin (İHA) iki jurnalisti yüngül xəsarət alıb və onlara hadisə yerində tibbi yardım göstərilib.
Daha əvvəl bildirilmişdi ki, HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadaları Sderot şəhərinə raket zərbələri endirib.
Teqlər:
"K\u0130V: \u0130sraild\u0259 iki t\u00fcrk jurnalist yaralan\u0131b"